Poz verərkən gölə düşən uşağı ATASI XİLAS EDİB

Hatayın Reyhanlı rayonunda foto çəkdirərkən Yenişehir gölünə düşən qız atası tərəfindən xilas edilib.

Sherg.az xəbər verir ki, hadisə Reyhanlı rayonu, Yenişehir məhəlləsindəki Yenişehir gölündə baş verib. İstirahət günü olduğundan və hava mövsümi normalardan yüksək olduğundan göldə sıxlıq yaranıb.

Ata iki uşağı ilə Yenişehir gölünə gələrək gölə baxaraq foto çəkdirməyə başlayıb. Ata qızının şəklini çəkən kimi balaca qız dəmir barmaqlıqların arasından gölə düşüb. Kiçik qızın gölə düşdüyünü görən ata onun arxasınca atılaraq qızını xilas edib.

Kiçik qızın səhhətinin yaxşı olduğu öyrənilib.