Çexiyalı tanınmış tennisçi Barbora Kreyçikova bu il keçiriləcək Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının rəsmi saytı məlumat yayıb.
Tennisçinin turniri tərk etməsinin səbəbləri göstərilməyib.
Daha əvvəl rumıniyalı tanınmış tennisçi Simona Halep səhhətindəki problemə görə vacib turniri buraxacağını açıqlamışdı.
Qeyd edək ki, Avstraliya Açıq çempionatı yanvarın 12-dən 26-dək təşkil olunacaq.