Dünyanın ən ölümcül mağarası







Dünyanın ən ölümcül çuxuru kimi tanınan bu yer görənləri heyrətə salır. Bura 1956-cı ildə fransız səyyahın bir kilometrlik dəliyə düşməsi zamanı kəşf edilib. Qafqaz Sıra Dağlarının Gürcüstan ərazisində olan Krubera mağarası dünyanın ən dərin mağarası ünvanına sahibdir. 2 min 191 metr dərinliyi olan mağaranın uzunluğu isə 13.432 km.dir. Mağaranın az qala hər yeri kirəç daşındandır. Mağaranın xəritəsi müxtəlif millətlərin səyyahları tərəfindən hazırlandı. 2007-ci ildə Gennadi Samokhin adlı ukraynalı dalğıc bu dərin mağaranın içinə dalaraq təkrar xəritəsini çıxardı və mağaranın dərinliyini 46 metr daha artırdı. Hər dəfə araşdırmalar mağaranın nə qədər dərinləşdiyini göstərir. Bu mağara Eyffel qülləsindən 6 yarım dəfə, dünyanın ən uzun binası Burj Əl Xəlifədən 2 yarım dəfə daha dərindir. 2005-ci ildə 56 nəfərlik bir düşərgə qrupu mağaraya 5 ton yemək daşıdı. Səyyahlar çadırda yemək bişirib yata bilirlər və istilənmək üçün bir yerə toparlanırlar. Hər il bir çox turist və düşərgəçi buranı ziyarətə gəlir.