Fransa DİN təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib

Fransanın daxili işlər naziri Bruno Retayo terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəni, idman və ya əyləncə tədbirləri zamanı sayıqlığın və təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırılmasını əmr edirəm”, - nazir qeyd edib.