Qənirə Paşayeva Türkiyədə: Ermənistanın pilotsuz hava vasitəsinin vurulmasından danışdı





Azərbaycanın  millət vəkili Qənirə Paşayeva, Ermənistanın pilotsuz hava vasitəsinin (İHA) salınmasıyla əlaqədar danışıb. Milliyyət.com.tr-in məlumatına görə Manisa Cəlal Bayar Universitetindəki (CBÜ) bir konfransa qatılan Paşayeva, Azərbaycanın Ermənistana aid pilotsuz hava vasitəsinin vurulması ilə əlaqədar suala "Təbii ki, salacağıq. Bunu rahat, rahat və açıq açıq söyləyirəm. Ermənistan təyyarəsinin mənim torpağımda nə işi var?" deyib.
Ermənistan təyyarəsinin salınmasını istəmirsə, hava məkanını pozmasın deyən Paşayeva belə danışdı:
"Dövlətimizin səlahiyyətliləri də, biz də hər yerdə söyləyirik. Hava məkanımızı pozduqları zaman vuracağıq. Çünki bizim dövlətimizin hava sərhədi bizim şərəfimizdir. Hər dövlətin buna haqqı var. Dünyada hər dövlətin hava məkanını pozan hərbi təyyarəni vurmaq haqqı var. Azərbaycan da bu haqqını istifadə etdi.