Dörd ayaqlı “şeytan”

20 yaşlı gənc bu bəladan qurtulub müəllim olmaq istəyir




Hindistanın Uttar Pradeş əyalətinin Farukabad şəhərinə bağlı bir kənddə yaşayan 20 yaşındakı Arın Rajput dörd ayaqla dünyaya gəlib. Həkimlərin təxmininə görə, Rajputun arxasındakı ayaqlar ana bətnində inkişaf etməmiş olan parazit əkizinin yadigarıdı.

İlginç görüntüsünə görə gənc adama kəndliləri "şeytan” ləqəbini veriblər. Rajput, "İnsanlar mənə gülür. Mənə ‘şeytan’ deyirlər. Fərqli göründüyüm üçün kimsə mənə hörmət göstərmir. Halbuki mən onlardan biri kimi görünmək istəyirəm. Mən də digər insanlar kimi çalışmaq istəyirəm” deyir. Ailənin dörd uşağının ən böyüyü olan Raiputun ən böyük xəyalı, artıq olan üzvlərindən xilas olub müəllim olmaqdır.