Keçmiş deputat baş redaktoru otağından qovdu




"İndicə 55-60 yaşlarında bir kişini mənim işçimi aldadaraq, otağıma "soxulduğuna" görə qovdum”. Bu sözləri eks-deputat, iş adamı Nazim Məmmədov özünün Facebook səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, otağından qovduğu şəxs özünü "Dahi" qəzetinin baş redaktoru Qədirov İbrahim Qürbət oğlu kimi təqdim edib.

"Utanmaz kimi deyir ki, "informasiya almaq istəyirəm”. Çox sadə yolla başa saldım: mənim adımı öyrənmisən, soyadım nədir?.. Bilmədi. Dedim məni tanımırsansa jurnalist deyilsən, çobansan”-,deyə Nazim Məmmədov qeyd edib.