Votsap yazışmaları da təsdiq edib

Jurnalistin ölümündə günahlandırılan futbolçunun təqsiri yoxdur



"Cavid Hüseynovun işini icraata ayırdılar”. Bu barədə "Şərq”ə jurnalist Rasim Əliyevin öldürülməsində adı hallanan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov bildirib.

Onun sözlərinə görə, istintaq müəyyən edib ki, bu işdə C.Hüseynovun nə təşkilatçılığı, nə də iştirakı var: "Araşdırmalar və votsap yazışmaları tam müəyyən etdi ki, C.Hüseynov hadisədən tam məlumatsız olub. Bu baxımdan xəbər verməməyə görə, nəzərdə tutulan 307-ci maddə ona şamil oluna bilməz. Çünki onun heç bir məlumatı olmayıb. Hətta C.Hüseynov xəbər tutan kimi votsapda yazıb ki, get, polisə təslim ol və özünə də vəkil tut. Həmin faktların, yanaşmaların hamısı cinayət işi materiallarında var. C.Hüseynovun burada heç bir rolu olmayıb. Allah rəhmət eləsin jurnalistimizə. Allah yaxınlarına səbr versin.

Həmçinin vəkil əlavə edib ki, R.Əliyevi döyənlərin 5-i də 126.2 ölümə səbəb olma maddəsi ilə həbsdədirlər. C.Hüseynov isə bilib xəbər verməmə ittihamı ilə saxlanılıb”.

Ayyət