Qız uşağı gözləyirlər

“Tam bir il oldu, həyatımı dəyişdirən qadın”
“Səninlə evləndiyim üçün heç peşman olmadım”


Türkiyədə ilk dəfə çənə və 5 üz nəqli əməliyyatı keçirən Rəcəb Sərt qız atası olacaq...
Sağlamlığına qovuşan Bursalı Rəcəb Sərt, bir il əvvəl nigaha girdiyi həyat yoldaşı Əsmə Sərtdən qız uşağı gözləyir. 8 aylıq hamilə olan həyat yoldaşı Əsmə Sərtə, "Həyatımı dəyişdirən qadın” deyən Rəcəb Sərtin qızlarına Hira Əminə adını verəcəyi bildirilir. Rəcəb Sərt Facebook hesabına "Tam bir il oldu, həyatımı dəyişdirən qadın... Səninlə yaşayıb, səninlə yaşlaşmaq diləyiylə. Daha gözəl illərə yelkən açaq, balım. Hər zamankından daha çox sevilirsən” yazdı. Əsmə Sərt isə, "Amin inşallah, eşqim. Heç peşman olmadım, səninlə evləndiyim üçün. Çünki sən mənim üçün doğru adamsan. Rəbbim utandırmasın, birlikdə uşaqlarımızla nə qədər illərə, canım” cavabını verib. Cütlük evləndikdən sonra ictimai mediada özlərini "reklam edir” iddialarına sərt reaksiya vermişdi. Əsmə Sərt, "bəzi xəbərlərin altındakı şərhlər bizi çox üzdü. Nəymiş reklam edirmişik, Rəcəbi pillə olaraq istifadə edirəmmiş, film edib, məşhur olmaq istəyirəmmiş. Mən öz halında yaşayan biriyəm. Bilmədən danışırlar. Reklamda, filanda oynamayacağam. Hətta xəbər olmamaq üçün səy göstərirəm. Çəkinirəm, alışkan deyiləm və sevmirəm belə şeyləri. Gözləsinlər nəticəni görsünlər” demişdi.