Qaziantəpdə 34 ildir evil olan Abdulqadir və Raziye Güngör cütlüyü 28 dəfə uşaq həyəcanı yaşayıb. Eşidənləri heyrətə salan cütlüyün uşaq sayına çoxları inana bilmir.
Uşaqlarını normal üsulla dünyaya gətirdiyini ifadə edən ana Raziye Güngör, 1 yaşında olan son uşağının keysəriyyə ilə dünyaya gəldiyi söyləyir. Onlar uşaqlarının adlarını bəzən qarışdırırlar. Ailə gündə ortalama 50 çörək yeyir.
Raziye Güngör, 28 dəfə hamilə qalıb, 21 dəfə doğuş həyəcanı yaşayıb. 4 uşaqlarını doğuşdan sonra müxtəlif səbəblərlə itirən cütlük, biri qüsurlu olmaqla 17 uşaq və 24 nəvəsiylə həyatlarına davam edirlər. Uşaqlarından 5-i qız, 3-ü oğlan olmaqla 8-ni evləndirən Güngör cütlüyünün indi 24 nəvələri var. Çox uşaqlı ailənin hər hansı bir çətinlikləri olmadığını, peşmançılıq keçirmədiyini dilə gətirən Güngör, ancaq bəzən bürokratik əngəllərlə qarşılaşdıqlarını bildirir: "Ən kiçik oğulum Helmi doğulanda, şəxsiyyət vəsiqəsini çıxarmaq üçün idarəyə müraciət etdim. Ancaq uşaq sayına inanmayan qruplar, evimdə araşdırma etdikdən sonra şəxsiyyət vəsiqəsi verdilər. Mənim onlarla məzələndiyimi düşündülər. Ciddi olduğumu izah etməyə çalışarkən "O zaman araşdırın, ondan sonra şəxsiyyət vəsiqəsi verin” dedim. Bundan sonra kəndə qrup gəldi, araşdırdı. Jandarma evə gəlib baxdı. Gerçək olduğuna qərara verincə şəxsiyyət vəsiqəsi verdilər” deyib.