14-cü mərtəbədə "ölümünə" təmizlik...





Türkiyədə bir binanın 14-cü mərtəbəsində çölə sallanıb şüşələri təmizləməyə çalışan qadın adamların  ürəklərini ağızlarına gətirdi.

Qadının heç bir təhlükəsizlik tədbiri olmadan apardığı təmizlik işləri qonşuları tərəfindən cib telefonu ilə qeyd edilib.
Görüntülərdə ev xanımı şüşədən çölə çıxıb, pəncərə kənarına basaraq əvvəl yan şüşələri, daha sonra da təhlükəni nəzərə almadan üstdə olan şüşələri təmizlədiyi görünür.