15-ə yaxın zərbə izi ilə xəstəxanada öldü

Ana sevgilisinə görə 2 yaşlı balasına qıydı



Kayseridə dəhşətli hadisə yaşanıb. Ana doğma balasın başına oyun açıb, faciə baş verib.
Ana gecə saatlarında 112 təcili yardımı axtarıb, 2 yaşlı oğulu Adəmin yıxılaraq huşunu itirdiyini söyləyib kömək istəyib. Evə gələn sağlamlıq qrupu, bədənində zərbə izləri olan uşağı ilk müdaxilənin ardından xəstəxananın reanimasiya xidmətinə aparıb. Tənəffüsünün dayandığı təyin olunan uşaq, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Yarılmadan sonra Adəm A.ın nazik bağırsağının qopduğu və daxili qanama keçirdiyi, bədənində göyərmələr olduğu, 15-ə yaxın zərbə izi tapıldığı müəyyən olundu. Bundan sonra Respublika Prokurorluğu hadisəyə əl qoydu.
İlkin araşdırmaya görə işgəncə şübhəsi üzərində durulan Adəmin cəsədini yoxlamağa gələn anası M. A. ilə onun 3 aydan bu yana birlikdə olduğu inşaatçı K. D. cinayət günahlandırmasıyla nəzarətə alındı.
Üç ildir inşaat işçisi H. A. ilə evli olduğu ifadə edilən M.A.ın, 3 ay əvvəl tanış olduğu inşaat ustası K. D. ilə birlikdə olduğu irəli sürüldü. Sevgilisindən uşaq sahibi olmaq istəyən M.A.ın, hələ də əmizdirdiyi oğulu Adəmdən imtina etmək üçün onu tez-tez döydüyü iddiası ortaya atıldı.
Sorğuya alınan M.A.ın, ölən oğulu Adəmin bədənindəki göyərmələrin və zədə izləri üçün "Onu sevərkən dişlədiyim üçün o izlər oldu” dediyi öyrənildi. M. A. və sevgilisi K. D., sorğularının tamamlanmasının ardından "işgəncəylə ölümə səbəb olmaq” iddiası ilə nəzərət altına alındı.