15 ildir Hataydakı qəbiristanlıqda çiçək sataraq pul qazanan 2 uşaq anası Gülseren Bozkurtun Oxford Universitetində oxuduğunu düşündüyümüz qızının orada təhsil almadığı ortaya çıxıb.
"Sherg.az" türk mətbuatına istinadən bildirir ki, anası qızının İstanbulda əmlakçı olduğunu öyrənib. 10 ildir hər gün gəlib gül satan qadın dünən gül satdığı yerə getməyib.
Antakya rayonundakı Asri Qəbiristanlığının ən qədim çiçəkçilərindən biri olan Gülseren Bozkurt yaz, qış demədən məzarları ziyarət edənlərə çiçək satır.
Bozkurt oğlunun burada qazandığı pulla təhsil aldığını və qızının 5 ildir İngiltərədəki Oksford Universiteti Tibb Fakültəsində oxuduğunu deyib.
Bəzi vətəndaşlar və xeyriyyəçilər Merve Bozkurta təqaüd vermək istəyib. Ancaq gənc qızın Oksford Universitetində oxumadığı məlum olub. Gənc qızın uzun müddətdir ki, İstanbulda yaşadığı və heç vaxt xaricə getmədiyi aşkar edilib.
Hadisənin üzə çıxan kimi gənc qız sosial media hesablarını bağlayıb. Həqiqəti ailəsinə söyləmək məcburiyyətində qalıb:
"Anamı əsəbiləşdirdiyim üçün özümü çox pis hiss edirəm. Bir hekayə uydurdum. Hər kəsi bu hekayəyə inandırdım, o cümlədən özümü. Ancaq İstanbulda bir əmlak ofisində çalışıram".