Türkiyə rabitə naziri Fahrettin Altun “qardan aydınlıq” bəstəsinin ifa edildiyi videonu “Hər birimiz Ammarız”, etiketiylə twitter hesabından paylaşıb. “Sherg.az” CNN Türk-ə istinadən bildirir ki, bununla da nazir İsrail hökumətinin Fələstin xalqına silahlı təcavüzünü pisləyib. Yayınladığı videoyla F.Altun Məscidi-Əqsa üçün dirəniş göstərən müsəlmanların yanında olduğu mesajını verib. “Qardan aydınlıq” bəstəsinin sədaları altında yayımlanan videoda Məscidi-Əqsada yaralanan, qanlar içində qalan uşaqlar da görüntülənir. İsrail təcüvüzü nəticəsində ölənlər arasında 5 uşağın da olması bildirilir. Bəstədə “bir sabah gələcək qardan aydınlıq” misrası, F.Altununsa videoya əlavə etdiyi “Siz sussanız da hər birimiz Ammarız!” sözləri diqqət çəkir.