İngiltərə Türkiyədə ölən qızın yasını saxlayır

“Qızımın öldüyünü öyrəndiyim an zaman, hər şey dayandı”
Tətilə gəldiyi Türkiyədə qəzaya düşərək həlak olan 21 yaşlı ingilis Amarta Carthy, ölkəsində əks-səda yaratdı. Faciəni səhifələrinə daşıyan ingilis qəzetləri, ailənin acı xəbərini eşidər-eşitməz jurnalistlərini Türkiyəyə göndərdi.
Ölən qızın anası Tashaka Baumber, "Qızımın öldüyünü öyrəndiyim an zaman, hər şey dayandı. Bunları qızımın adıyla eyni cümlədə eşitmək inanılmaz idi. Tək qorxum bacılarının onu unuda bilməyəcəyidir. O bacılarına ikinci ana kimi idi” deyib. Həyatını itirən Amarthanın ondan yaşca kiçik dörd bacısı var. Əvvəl bir müddət toy təşkilatçısı olaraq Fəthiyədə çalışan gənc qız, əmsioğlu ilə birlikdə bu dəfə tətil üçün Türkiyəyə gəlmişdi. Əyləncəli motoskleti ilə kanala yuvarlanan gənc qız həyatını itirmiş, əmsioğlu isə ağır yaralı halda xəstəxanaya çatdırılmışdı.