“IV ixtisas qrupu üzrə 300 baldan yuxarı bal toplayan abituriyentlərin sayı 2 700 nəfərdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib.
Onun sözlərinə görə, 300 baldan aşağı toplayanlar aqrar ixtisasları seçsələr, onlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
O qeyd edib ki, bu il IV ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı isə 4 075-ə yaxındır.