Britaniya XİN başçısı “Taliban”ın fəaliyyətini konstruktiv adlandırıb


Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının Kabili ələ keçirdikdən sonrakı fəaliyyətini qiymətləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, D.Raab qruplaşmanın fəaliyyətini konstruktiv sayıb.

“Kabilə nəzarəti ələ keçirdikdən sonra “Taliban”ın fəaliyyəti konstruktivdir. Bununla belə, “Taliban” qruplaşmasına etibarın səviyyəsi minimaldır”, - nazir söyləyib.