Xalq artisti Faiq Ağayev son günlər ölkədə baş verən olaylar haqda danışıb.
“Sherg.az” xəbər verir ki, müğənni Feysbuk profilində bunları yazıb:
“O yalançı "İmam Mehdi"ləri bir kənara qoyun. Adları üstündə “moşennik”dirlər. Bəs onlara inanan, son qəpiyindən belə keçən cahil, avam, geridə qalmış, savadsız kütlə necə olacaq? Onları da, sevdiyiniz "zarafat"dakı kimi, bura Pakistandan göndəriblər? "Cin çıxarma", "ər qaytarma", "bəxt açma" elanlarından internetdə can qurtarmaq olmur. O elanlar "Bolt"un reklamına meydan oxuyur. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına "heyrətlənirsiz"?!