Şoyqu canlı yayında üzr istədi: “Səhvimi düzəldəcəm”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rosiya-1” telekanalına müsahibə verib. “Sherg.az” “RİA Novosti”yə istinadən bildirir ki, nazir aparıcının “Niyə Ukrayna məhkəməsinə çağırılmamısınız?” sualını zarafatla cavablayıb. O, deyib:

“Üzr istəyirəm, səhvimi düzəldəcəm”. 

 Rəsmi Kiyev Rusiyanı Ukraynanın daxili işlərinə qarışmasına, həmçinin qanunda nəzərdə tutulmayan hərbiləşdirilmiş silahlı birləşmələr yaratdığına görə dəfələrlə ittiham edib.