Muxtar Babayevdən yeni TƏYİNAT

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəhbər təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Şakir Quliyev təyin edilib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib.
O bildirib ki, bu təyinata qədər Ş.Quliyev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışıb.