Yeni notbuk seriyası: Tam enerji topladıqdan sonra 12 saat işləyir

“Xiaomi” şirkəti öz noutbuklar seriyasında ən güclüsü olan “Mi Notebook Pro X15” modelini nümayiş etdirib.

"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, kompüter müasir proqram təminatı ilə təchiz edilib:

“Yeni noutbukun əsas xüsusiyyətlərindən biri 60 giqahers yeniləmə tezliyinə və “Corning Gorilla” qoruyucu şüşəsinə malikdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, noutbuk bir dəfə tam enerji topladıqdan sonra 12 saat işləyir ki, bu da böyük ölçüyə malik model üçün uzun müddətdir. “Mi Notebook Pro X15” noutbuku əvvəlcə Çin bazarında satışa çıxarılacaq və  qiyməti 8 min yuan təşkil edəcək.