Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis vəzifəsinə təyin olunub.
Məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.
Xatırladaq ki, nazirin bugünkü əmri ilə polis polkovnik-leytenantı Azər Məmmədov Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.