Tolik:"Kimsəyə dost deməyəcəksən"

“Bu həyatda kimsəyə dost deməyəcəksən. Kiməsə görə, dava etməyəcəksən. Çünki işlərinə yaradığı zaman səni ən aciz düşmənin belə ayağına verərlər”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri İnstaqram hesabında prodüser Tarix Əliyev(Tolik) yazıb. O, statusuna bunları da əlavə edib:
“Dostluqda dürüst olmuşam. Amma görürəm yox, kimsə öz xeyrindən qalmır.  Mən isə dostuma görə, olmaz, deyirdim. Dostluq yaxşı şeydir. Sadiq qalmaq lazımdır”.