İki il əvvəl İngiltərədəki “Blenheim” sarayından oğurlanan qızıl tualetlə bağlı istintaq hələ də davam edir.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, tualet tamamilə 18 karat qızıldan hazırlanıb.
"Amerika" adlanan 6 milyon dollarlıq tualetin oğurlanması ilə əlaqədar heç kim saxlanılmasa da, polis qızıl tualetin artıq əridilmiş ola biləcəyini düşünür.
18-ci əsrin möhtəşəm sarayına girən bir dəstə tualeti söküb.
Binadakı tualetin kafel döşəməsi zədələndiyindən sarayda su basması meydana gəlib.
Yegane Bayramova