Ramzan Kadırov seçkilərə anası ilə gəldi  - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib.

“Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuzu insanlara çatdırmaq üçün çox işləyirlər. Bunun sayəsində seçkilərdə həmişə böyük iştirak var. Xalqımız həmişə və hər şeydə birlikdə olduqlarını göstərir”, - deyə regionun rəhbəri vurğulayıb.

Sosial şəbəkələrdə Kadırovun səs vermə zamanı görüntüləri paylaşıb. Kadrlarda anası və oğlunun da onun yanında olduğu görünür.