Son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.
Vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.