Rusiyanın hərbi gəmiləri Bakıya gəlib 

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Rusiya HDQ-nə məxsus “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.