Saz çala-çala əməliyyat olundu

Buludun daha əlləri titrəmir, çox xoşbəxtdir

Türkiyənin Təkirdağ bölgəsində yaşayan musiqiçi və musiqi müəllimi, 49 yaşlı Davud Bulud 8 il əvvəl əllərinin titrədiyini fərq edib. Titrəmə sağ əlindən başlayıb, zaman keçdikcə sol əli də titrəməyə başlayıb. Vəziyyət o həddə çatıb ki, D.Bulud gündəlik işlərini görməkdə çətinlik çəkib. D.Buluda parkinson xəstəliyi diaqnozu qoyulub. “Milliyyet.com” xəbər verir ki, D.Bulud Okan Universiteti Xəstəxanası Beyin və Sinir Cərrahlığı mütəxəssisi, doktor Atilla Yılmaza müraciət edib. 

Atilla Yılmaz beyin stimulizasiyası əməliyyatını həyata keçirib. “Xəstəmizə “beyin pili” əməliyyatı gerçəkləşdirdik. Xəstəlikdən öncə çox göəzl saz çalırmış və türkülər söyləyirmiş. Əməliyyatı lokal anesteziya altında keçirdik. Yəni, əməliyyat xəstə oyanıq haldaykən edildi. Test siqnalları göndərərək yerləşdirdiyimiz elektrodların təsirini dəqiq dəyərləndirdik. Bu test zamanı xəstəmiz illərlə həsrət qaldığı sazaını çalıb-çalamayacağını yoxlamaq istədi, biz də ona bu şəraiti yaratdıq. Sazını əlinə verdik, o da sinəsinin üstündə çalmağa başladı” deyib. Əməliyyatdan sonra Davud Bulud onu sağlığına və sazına qovuşduran həkimlərə təşəkkür edib: “Bir gün əlimi sazın telləri üzərinə qoyanda sanki barmaqlarımın ucunda milçək var, kimi hiss etdim. Əllərim titrəyirdi. Sonra bildim ki, parkinson xəstəliyi varmış. Müalicə olundum, ancaq bir faydası olmadı. Musiqi müəllimiyəm. Amma barmaqlarım titrəyirdi deyə, işimi buraxmalı oldum.

Sazımdan da ayrı düşdüm. Sağ olsun, həkimim, məni sağlığıma, ən əsası da sazıa qovuşdurdu. Əllərim daha titrəmir. Çox xoşbəxtəm” .