Aliment borcunu ödəməyən ataya ağlagəlməz CƏZA

İsraildə yaşayan avstraliyalı ata 1,8 milyon funt-sterlinq aliment borcunu ödəməsə, ən azı 8 min il İsraili tərk edə bilməyəcək.
"Sherg.az" "Daily Mail"ə istinadən xəbər verir ki, 44 yaşlı Noam Huppert əslən Avstraliya vətəndaşıdır, lakin 31 dekabr 9999-cu ilə qədər aliment borcunu ödəməyincə, İsraili tərk edə bilməyəcək.

Məhkəmə Huppertin iki övladına 18 yaşına çatana qədər hər ay 5 min Şekel aliment ödəməyi ilə bağlı əmr verdi. O, qərarın 2013-cü ildə qəbul edildiyini bildirdi:

"Bu prosesdə iş üçün ölkədən kənara belə çıxa bilmədim. 2013-cü ildən İsraildə qapalı qaldım" .
Huppertin hələ ödəniş edib-etmədiyi və ya ölkəni tərk etmək üçün hamısını bir anda ödəməli olub-olmadığı məlum deyil.
Polis ehtimal edir ki, belə olmasına səbəb kompüter sisteminin icazə verdiyi ən yüksək rəqəmin 9 min olmasıdır.

Digər tərəfdən, bu, İsraildə boşanma hallarında ilk qeyri-mütənasiblik deyil. 2019-cu ildə yaradılan “Çıxış qadağandır” adlı internet saytında bir çox atanın səyahətinə qadağa qoyulduğu və buna görə də boşana bilməyəcəyi ifadə edilib.

Cəmilə ƏZİM