Çiçək kimi açıb, bağlanan ev

Gündüzlər çiçək açıb, gecələr bağlanan miniatür ev Avstraliyada Sidney şəhəri yaxınlığında tikilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, burada yaşayış üçün bütün şərait var. İki qüllədən ibarət evin divarları xüsusi mexanizm vasitəsilə qaldırılır.

Bütün divarlar xüsusi materialdan - büzməli misdən hazırlanıb. Çiçək ev şəhərin səs-küyündən uzaq olmaq, təbiətin qoynunda dincəlmək istəyənlər üçün ideal bir guşədir.