Paşinyan ikinci dəfə koronavirusa yoluxdu


Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

N.Paşinyanın xəstəliyi simptomsuz keçirdiyi və özünütəcridə yollandığı bildirilib.

Qeyd edək ki, Nikol Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.

Mənbə: “Sputnik Ermənistan”