Corc Soros hələ tükənməyib

O, indi də Çində hakimiyyət dəyişikliyini vacib sayır

Corc Soros bu dəfə Çinə “köklənib”. Independent (Türkcə) xəbər verir ki, Stanford Universitetinin tərkibindəki Hoover İnstitutu elmi mərkəzində çıxışı zamanı Soros Çini “dünyanın ən güclü avtoritar dövləti” adlandırıb. Dövlət başçısı Şi barədə isə “toplumların qarşı-qarşıya dayandığı ən böyük təhdid” ifadəsini işlədib. 

C.Soros 4-20 fevral tarixlərində Pekində keçiriləcək 2022 Qış Olimpiadasını Faşist Almaniyasında 1936-cı ildə keçirilmiş Yay Olimpiya Oyunlarına bənzədib və Olimpiadadan güclü nəzarət sisteminin təbliğatı üçün istifadə olunacağını deyib. Soros iddia edib ki, hazırkı dövlət başçısı Şi əvvəlki dövlət başçısı Den Sia Pindən fərqli olaraq “kommunizmə gerçəkdən inanır. Mao Zedun və Vladimir Lenin onun ideallarıdır”. Soros Çinin iqtisadi krizislə qarşı-qarşıya olduğunu, ölkədə kimsənin Şi hakimiyətinə qarşı çıxmağa cəsarət etmədiyini, lakin bu ölkədə hakimiyyət dəyişikliyinin vacib olduğunu da söyləyb: “Ölkəyə daha az təhdid yaradan və daha çox barışsevər birisi başçılıq etməlidir”.