Londondan Ukraynayadək...

Lan Umney səfərinin bütün detallarını sosial şəbəkə üzərindən paylaşıb

Özü Londonda, həyat yoldaşı və kiçik oğlu Ukraynada müharibənin ortasında qalmış atanın hekayəsi hər kəsi heyrətləndirir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, ingilis Lan Umney ailəsinin çarəsiziyinə səssiz qala bilməyib və onları xilas etmək üçün hər təhlükəni gözə alaraq Londondan Ukraynaya gəlməyə qərar verib. 

Lan Umney səfərinin bütün detallarını sosial şəbəkə üzərindən paylaşıb. Lan Umney Londonda müəllim işləyir. Lan hərbi yol çantası ilə birlikdə səfərə çıxmağa hazırlaşdığı videosunu “Tik-Tok”da paylaşıb. Və bunları yazıb: 

Həyat yoldaşımı  və oğlumu xilas etmək üçün Ukraynaya gedirəm. Əşyalarımı, bacardığım qədər  toplamışam, bundan artığını apara bilmərəm. Səfərə çıxanın yol çantası ağır olmamalıdır. Ən önəmli əşyalara ehtiyacım var.

 Çay və bir fincan. Gündəlik istifadə əşyaları: telefon batareyası, siqaret, diş fırçası... Aeroporta gedirəm. Nələr olduğunu sizlərə bildirəcəm”. Lan Umney Polşaya getmək üçün Krakov təyyarə reysinə bilet alıb. 

Ukrayna sərhədinə çatdıqda yeni xəbərləri paylaşacağını qeyd edib. 

Səhər saatlarında isə Ukraynaya gedən bir avtobusdan video paylaşıb: “Dünən Ukraynaya çatdım. İndi Lvova yaxınlaşıram”. Lan Umney daha sonra “Londonda  oturub Ukraynanın müstəqilliyinin Putin tərəfindən təhdid edilməsini izləyə bilmərəm. Necə olursa-olsun, ailəmlə bir araya gəlmək istəyirəm və yola çıxmışam. 

Lütfən, Ukraynanı, ehtiyacı olanları dəstəkləyin. Güclü ol, Ukrayna! Ukraynaya zəfər!” ifadələrini paylaşıb.