PKK-çı canlı bomba Atatürk Hava limanında tutuldu





Terror təşkilatı başçısı Murad Karayılanla çəkdirdiyi foto ilə xatırlanan və PKK-nın Suriya uzantısı içində yer alan Ebru Fırat Atatürk Hava limanında ələ keçirildi. 
 Fıratın canlı bomba hərəkətində olduğu öyrənildi.
İstanbul Təhlükəsizlik Müdirliyi Kəşfiyyat Şöbə qrupları müvəffəqiyyətli bir əməliyyata imza atıb. Canlı bomba olduğu xəbərini alan polis, Amara kodu altında hərəkət edən  Ebru Fıratı Atatürk Hava limanında saxladı.

Nəzarətə alınan Fırat, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarına təslim edilib. Terrorçu qadın, Vətən prospektindəki Təhlükəsizlik Müdirliyi binasına gətirilib.