1 tonluq velosiped yaratdı

Frank nəhəng velosiped üçün 4 min 576 dollar xərcləyib
940 kiloqram ağırlığı ilə dünyanın ən böyük velosipedini icad etdi. Görənləri heyrətə salan velosipedin icadçısı Almaniyanın Schacht-Audorf bölgəsində yaşayan 49 yaşlı Frank Dosedir. Dünyanın ən ağır velosipedi ünvanıyla rekordlar kitabına düşməyə hazırlaşan Frank, böyük bir əməklə bu işi gördüyünü söyləyir. Frankın bir tona yaxın ağırlığında olan velosipedlə rekordlar kitabına düşə bilməsi üçün 500 yard (457 metr) səyahət etməsi lazımdır. Frank nəhəng velosiped üçün 4 min 576 dollar xərcləyib.