Rio-2016: Azərbaycan atleti Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb






Azərbaycanın atletika yığmasının üzvü Elmir Cəbrayılov Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında finala vəsiqə qazanıb. APA-nın məlumatına görə, Elmir Cəbrayılov 100 m məsafəni 11,27 saniyəyə qət edərək finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan Paralimpiya yığması Rioda bu günədək 8 medal qazanıb.