2 yaşlı oğuluyla İŞİD-ə qoşulub

Suriyada olan qadından ərinə mesaj gəldi




Karamanda 2 yaşlı oğulu İgid Alp ilə birlikdə terror təşkilatı IŞİD-ə qoşulduğu iddia edilən 26 yaşlı Hülya Tuba Bozkurt, ayrı yaşadığı 27 yaşlı həyat yoldaşı Ramazan Bozkurta, ‘whatsapp’dan mesaj göndərdi. Uşağın vəziyyətinin yaxşı olduğu ifadə edilən mesajda Hülya Tuba Bozkurt, həyat yoldaşına, haqqında yayılan xəbərlərə reaksiya verdi.

Karamanda bir qızlar yataqxanasında aşbazlıq edən Ramazan Bozkurt, 7 il əvvəl işləmək üçün getdiyi Muğla Dalamağında tanış olduğu Hülya Tuba Bozkurt ilə evləndi. Karamana dönən cütlüyün bu evliliyindən 2 oğlu oldu. Bozkurt cütlüyü təxminən 1 il əvvəl təkrar Dalamağında yaşamağa qərar verdi. Ancaq Ramazan Bozkurt, iş tapa bilmədiyi üçün Karamana geri döndü. Həyat yoldaşı və 2 uşağını da Dalamağında yaşayan qayınanasının yanına buraxdı. Ramazan Bozkurt, bir müddət sonra böyük oğulu Məmməd Əmini, Karamana gətirdi. Dalamağında hava limanında bir müddət mühafizəçi kimi işləyən həyat yoldaşı Hülya Tuba Bozkurtun, islami təşkilatlardan bəhs etməsi və maraqlanmasından sonra cütlük ayrı yaşamağa başladı. Ramazan Bozkurt, 8 aydır ayrı yaşadığı həyat yoldaşı Hülya Tuba Bozkurtun, təxminən 1 həftə əvvəl 2 yaşındakı oğulu İgid Alpı da yanına alaraq terror təşkilatı IŞİD-ə qatıldığını ifadə edərək, səsini eşitdirmək və oğuluna qovuşmaq üçün baş nazirdən kömək istədi. Bu vəziyyətin qəzetlərdə yer almasından sonra hazırda Suriyanın Rakka şəhərində olan Hülya Tuba Bozkurt, həyat yoldaşı Ramazan Bozkurta cib telefonundan, ‘whatsapp’ la mesaj göndərdi. Mesajında, haqqında yayılan xəbərlər üçün həyat yoldaşına reaksiya verən Bozkurt, uşağın vəziyyətinin yaxşı olduğunu, ayrıca yayılan xəbərlərdə açıq geyimli fotonun olmasına qızaraq, " Açıq şəkil, barı bağlı olsaydı” deyib. Bu mesajı alan Ramazan Bozkurt da, "Mən uşağıma qovuşmaq istəyirəm. Səsimi eşitdirmək istədim. Həyat yoldaşım indi örtük və qara çarşaf geymişdi. Bu fotonu da qayınanama göndərmişdi. Mən də bu şəkillərlə birlikdə arvadımın daha əvvəl öz Facebook hesabından yayılan fotoşəkillərini mətbuatla paylaşdım. Mənim tək məqsədim uşağıma qovuşmaqdır” deyib.