20 yaşlı qız çölə çıxa bilmir - FOTO

Yatağını hər gün tozsoranla təmizləməli olur
Ekzema xəstəliyi ilə yaşamaq hər kəs üçün çox çətindir.
Ancaq 20 yaşındakı Vivienne üçün bu durum dözülməzdir. Çünki gənc qadın o qədər çox dəri dəyişdirir ki, hətta yatağını hər gün tozsoranla təmizləməli olur. 
 "Sherg.az” Daily Mail-ə istinadən bildirir ki, Dublində yaşayan Vivienne Hev xəstəliyi ucbatından insanların ona baxıb narahat olmasından qorxur və evdən bayıra belə çıxmır. 
Gənc qadın ekzema kremlərinə asılı olduğu üçün son 3 ildir topikal steroid məhdudiyyəti yaşayır. Yaralarının intensiv şəkildə qaşındığını deyən Vivienne, duş almağı turşu vannasına bənzədir. Xəstəliyindən sonra işsiz qalan qadın yaşadıqlarını danışıb: 
"Uşaq vaxtı ekzema diaqnozu qoyulub. Steroid kremləri sakitləşdirməkdən daha çox yaraların bütün bədənimə yayılmasına səbəb olub. O qədər dəri dəyişirəm ki, otağımı hər gün təmizləmək məcburiyyətindəyəm. 
Bayıra da çıxmıram. Qapı döyüləndə açmağa belə narahat oluram. Kremlər faydadan çox zərər verdi. Buraxdıqdan sonra da dərim reaksiya göstərdi. Ancaq yavaş-yavaş da olsa yaxşılaşıram”. Digər ekzema xəstələrinə çatmaq üçün bir Instagram hesabı açan Vivienne, qidalanma vərdişlərinin da təsirli olduğunu öyrəndikdə vegetirian olmağa qərar verərək ət qidalarını tamamilə menyusundan çıxarıb.
Aysel Aslan