İsrailin Baş naziri Binyamin Netanyahu Nyu-York şəhərinin meri Zöhran Mamdanini onun BMT Baş Assambleyasında çıxış etmək üçün şəhərə gəlməsinə mane olmağa çalışmaqda günahlandırıb.
Teleqraf xəbər verir ki, baş nazir çıxışında deyib: "Cənab Mamdani, siz mənim bura gəlməyimə mane olmağa çalışdınız. Siz məni susdurmağa çalışdınız. Siz məni susdura bilməzsiniz. Həqiqəti susdurmaq olmaz".
Netanyahu qeyd edib ki, İsrail apardığı müharibələrdə qalib gələcək, çünki yəhudi dövlətinin başqa çarəsi yoxdur: "Biz ölkəmizi müdafiə etməyə davam edəcəyik və qalib gəlməyə davam edəcəyik, çünki başqa çarəniz yoxdur".
Xatırıadaq ki, Mamdani əvvəllər İsrail baş nazirinə qarşı sərt açıqlamalar vermiş və onu Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməklə hədələmişdi.