Təhsil Nazirliyi: Məktəbli çantalarına tələb olunan və olunmayan əlavə resurslar da qoyulur





"Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
O bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil. Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh etmək çətindir: "Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin ki, hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun".