Xırdalanda transseksuallar taksi sürücüsünü soyublar






Xırdalanda 2 transseksual bir taksi sürücüsünü soyublar. sherg.az-ın məlumatına görə, hadisə bu gün gecə saatlarında Bakı-Sumqayıt yolunda, Xırdalan qəbristanlığının qarşısında baş verib. Təxminən 50 yaşlarında olan taksi sürücüsü yoldan keçən insanlara yalvararaq "bunlar mənim ciblərimi soydular, indi məni döyürlər, kömək edin"- deyərək səslənib. Yoldan keçən vətəndaşlar nə baş verdiyini öyrənmək üçün hadisə yerinin yanında maşınları saxlayıblar ki, bu da hərəkətdə problem yaradıb. Taksi sürücüsünün sözlərinə görə, transeksuallar onu sərnişin kimi saxladıblar, sonra isə biri tutub, digəri cibində olan 150 manatı götürüb. Soyğunçular özlərini lal kimi göstərib, qışqırıblar. Təxminən 15 dəqiqə davam edən mübahisədən, davadan sonra əvvəlcə yol polisi hadisə yerinə gəlib, sıxlıq yaranan yolu açıblar. Daha sonra polis patrulları gələrək, həm transseksualları, həm də taksi sürücülərini maşına əyləşdirərək bölməyə aparıblar.