Qanunsuz ət satanlara hökm oxundu




Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə S.Şhverdiyev 6 ay, A.Rzaxanov 4 ay, T.Abdullayevə isə 4 ay 15 gün həbs cəzası verilib. T.Abdullayev məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, S.Şahverdiyev, A.Rzaxanov və T.Abdullayev Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 200(istehlakçıları aldatma, pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham verilib.