Netanyahu Trampa İrana yeni hücum variantları təqdim edəcək

ABŞ mətbuatının yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşdə İrana qarşı yeni hücum variantlarını təqdim etməyi nəzərdə tutur. Sherg.az-ın məlumatına görə, NBC News bildirir ki, İsrail tərəfi İranın raket istehsalı və nüvə proqramını genişləndirməsindən narahatdır.

Məlumata görə, Netanyahu Trampa İranla bağlı vəziyyətin təkcə İsrailə deyil, ABŞ maraqlarına və regiona da təsir etdiyini çatdıracaq. Görüşün 29 dekabrda Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında keçiriləcəyi gözlənilir.