ABŞ-nin Kaliforniya ştatında təxminən 130 min istehlakçı elektriksiz qalıb.
"Report" xəbər verir ki, bu, dekabrın 21-də PowerOutage monitorinq xidmətinin məlumatları ilə təsdiqlənib.
Ən çox elektrik kəsintisinin San-Fransiskoda qeydə alındığı və təxminən 124 500 istehlakçının elektrik enerjisiz qaldığı bildirilir.
Şəhərin meri Daniel Lorinin sözlərinə görə, hadisə nəticəsində işıqforlar və ictimai nəqliyyat sıradan çıxıb. O bildirib ki, artıq işçilər elektrik enerjisini bərpa etməyə başlayıblar.
Lori "X" hesabında sosial media hesabında yazıb: "Yolda olanların təhlükəsizliyini təmin etmək üçün yol ayrıclarında polis əməkdaşlarının sayını artıracağıq".