Paşinyan fövqəladə iclas üçün hökumət evinə gəlib

Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün İrəvandakı Hökumət Evinə gəlib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Hökumət Evinin ətrafında polis qüvvələri cəmləşib.
Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir.
Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək.