AzTV-nin jurnalistinin evini yardılar





Bakıda yarışma proqramını aparan jurnalistin evini yarıblar.
Lent.az-ın məlumatına görə, AzTV-də efirə gedən "Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri, jurnalist Aydın Piriyevin evi yarılıb.

A.Piriyev dünən gecə saat 00:12-də sosial şəbəkə vasitəsil bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib:
"Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.
Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.
Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.