Avropada ilin toyu, Albaniya paytaxtı Tiranda reallaşıb. Albaniya şahzadəsi 2. Leka Zogu, ölkənin ən məşhur səs sənətçisi və artisti Elia Zaharia ilə evlənib.
Albaniya hökuməti tərəfindən muzeyə çevrilən, Kral Zogunun Sarayında xüsusi icazə ilə şahzadə 2. Leka Zogu və Elia Zaharianın nikah mərasimi reallaşıb.
Nikah mərasimində, İngiltərə, İspaniya, Almaniya, Yunanıstan, Avstriya, Belçika, Misir, İtaliya, İran, Lüksenburq və Rusiya şahzadə və şahzadələri, kraliyət ailə üzvləri, dünyanın ünlü iş adamları ilə bərabər səs sənətçiləri olub. Ancaq Albaniya siyasətçilərindən heç kim mərasimə qatılmayıb. Alqışların sədaları altında üzüklər taxılıb. Toy isə Tiranın ən məşhur otelində reallaşıb. Nikah və toy üçün 2 milyon yarım avro xərclənib.
Albaniyada 82 ildən sonra kraliyət ailəsinin bir şahzadəsi Tiranda evlənib. Albaniyanın son Kralı Leka Zogu ikinci dünya müharibəsi zamanı kommunist rejimi tərəfindən ölkəsindən qovulmuşdu və bütün mülkünə əl qoyulmuşdu.