3 məmuru öldürən azərbaycanlının məhkəməsi başladı



Rusiyanın Surqut şəhərində 3 yerli məmuru güllələməkdə ittiham edilən Şahin İsgəndərovun məhkəmə prosesi başlayıb. "Ugra -news”un verdiyi məlumata görə, hazırda proses davam edir. İttiham aktına əsasən, ötən il oktyabrın 19-da Surqut administrasiyasının 3 əməkdaşı Şahin İsgəndərovun atasına məxsus şin təmiri sexinə gələrək, tikilini qanuni yolla almaq istəyib. Sexin sahibi və məmurlar arasında mübahisə yaranıb. Bu zaman oğul İsgəndərov "Makarov” tipli tapançadan onları atəşə tutub. Nəticədə Vladimir Çernonos və Ruslan Ayupov ölüb.

Qeyd edək ki, Surqut administrasiyası ilə şin təmiri sexinin sahibi arasında mübahisə 2009-cu ildə başlayıb. Meriya sahibkardan 51 kvadratmetrlik torpaq sahəsini azad etməyi tələb edib.