Bu gün, İraqın paytaxtı Bağdad şəhərinin 120 km- də yerləşən Şomali şəhərində İŞİD terror qruplaşması 70 nəfəri qətlə yetirib.
Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, hadisə İŞİD silahlılarının yanacaqdoldurma məntəqəsindəki kamiona odlu silahlarla atəş açması nəticəsində baş verib.
Məlumata görə, həmin yanacaqdoldurma məntəqəsi Kərbala ziyarətindən gələn zəvvarların istirahət etdiyi restoranın yaxınlığında yerləşir. Həlak olanların əksəriyyətinin iran və bəhreyinli olduğu bildirilir".
Ayyət Əhməd