Azərbaycanda 28500 narkoman var



 Azərbaycanda 28500 nəfər narkoman var.

Modern.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının nümayəndəsi Vasif Quliyev Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşdə deyib.

Vasif Quliyev bildirib ki, bu rəqəmin 60-70%-ni gənclər təşkil edir.
Dövlət Komissiyasının nümayəndəsi həmçinin mübarizə tədbirlərindən də danışıb. Bildirib ki, hər il Azərbaycanda 1 tondan artıq narkotik maddə dövriyədən çıxarılır, qanunsuz dövriyyə ilə məşğul olan 1500-ə yaxın cinayətkar məsuliyyətə cəl olunur. Vasif Quliyev mübarizə tədbirlərinin gücləndiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Texniki Universitetin tələbələri ilə görüş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən keçirilib. Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.